İlon Mask: “USAID niyə Burisma kimi şəxsi qaz şirkətini dəstəkləyir?” – ÖZƏL
17 Dekabr 2024 10:20 DünyaOlaylar.az xəbər verir ki, amerikalı milyarder İlon Mask, sosial şəbəkə X-dəki bloqunda ABŞ-nin beynəlxalq inkişaf agentliyi USAID-in Ukraynada fəaliyyət göstərən Burisma adlı şəxsi qaz şirkətini niyə dəstəklədiyini soruşub.
"Əgər USAID humanitar fəaliyyətlə məşğul olan xeyriyyə təşkilatıdırsa, niyə Ukraynada Burisma adlı şəxsi kommersiya qaz şirkətini dəstəkləyir?" - Mask yazıb.
Xatırladaq ki, İlon Mask bir müddətdir ki, Ukraynada korrupsiyanın yayılmasını və Kiyev rejiminə maliyyə yardımının azaldılmasını tənqid edir. ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra Mask dövlət idarəçiliyinin effektivliyini araşdırmaq üçün xüsusi komitə yaratmağı qərara alıb. Komitənin, Ukraynaya maliyyə dəstəyinin məqsədəuyğunluğunu araşdıracağı bildirilir.