İlon Mask: “ABŞ sürətlə müflisliyə doğru gedir” – ÖZƏL

Amerikalı sahibkar İlon Mask ABŞ-nin 1,69 trilyon dollarlıq büdcə kəsiri ilə bağlı narahatlığını ifadə edib. 

Olaylar.az xəbər verir ki, Mask sosial şəbəkələrdə paylaşdığı şərhdə Amerikanın sürətlə müflisliyə doğru irəlilədiyini vurğulayıb.

Onun bu açıqlaması ABŞ Hökumətinin Effektivliyinin Artırılması Departamentinin (Department of Government Efficiency, DOGE) rəsmi hesabında paylaşılan məlumatdan sonra gəlib. Paylaşımda 2024-cü ildə federal xərclərin 6,16 trilyon dollar, gəlirlərin isə yalnız 4,47 trilyon dollar olacağı qeyd edilib. Bu isə ABŞ-ın büdcəsində 1,69 trilyon dollarlıq çatışmazlıq yaradır.

Mask bu statistik göstəricilərə istinad edərək, ölkənin ciddi maliyyə böhranına doğru irəlilədiyini bildirib. O, daha əvvəl Donald Trampın seçki kampaniyası zamanı dövlət xərclərini 2 trilyon dollar azaltmaq niyyətində olduğunu qeyd etmişdi. Məlumata görə, Mask yeni respublikaçı administrasiya işə başladıqdan sonra DOGE departamentinə rəhbərlik edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31