Angela Merkel: “Ukrayna münaqişəsinin həllində qərarı yalnız Kiyev verə bilməz” – ÖZƏL
13:02 DünyaAlmaniyanın sabiq kansleri Angela Merkel bildirib ki, Ukrayna münaqişəsinin diplomatik həlli və danışıqlara başlanması ilə bağlı qərar yalnız Kiyevin öhdəsinə buraxıla bilməz.
Olaylar.az xəbər verir ki, bu fikri o, İtaliyanın Corriere della Sera qəzetinə verdiyi müsahibəsində səsləndirib.
Merkelin sözlərinə görə, Ukraynaya dəstək verən ölkələr bu qərarı Kiyevlə birlikdə qəbul etməlidirlər. "Kiyev təkbaşına belə bir qərar qəbul edə bilməz," - deyə siyasətçi vurğulayıb. Bununla belə, sabiq kansler danışıqlar prosesinin nə vaxt başlayacağı barədə dəqiq proqnoz verməkdə çətinlik çəkib.
Merkel həmçinin Şimal Axını 2 layihəsindən imtina etməməsinin səbəblərini də izah edib. O qeyd edib ki, Almaniya iqtisadiyyatının sərfəli qiymətlə qaz təminatına ehtiyacı var idi. Bu səbəbdən, həm iqtisadi, həm də siyasi baxımdan Rusiya ilə əlaqələri saxlamaq vacib idi. Bununla yanaşı, Merkel vurğulayıb ki, Almaniya bu münasibətləri qurarkən eyni zamanda "saxlama faktorundan" istifadə edirdi.