12 Ukrayna əsgəri DNR-də təslim oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Donetsk Xalq Respublikasının (DNR) cənubunda yerləşən Velikaya Novoselka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (USQ) 12 əsgəri Rusiya ordusuna təslim olub. 

Məlumata görə, əsgərlər Ukraynanın cənubdakı ən böyük istehkam bölgələrindən birinin yaxınlığında əsir götürülüblər və hazırda təhlükəsiz yerdə saxlanılırlar.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, son həftə ərzində müxtəlif istiqamətlərdə 80-dən çox Ukrayna hərbçisi təslim olub. Onlardan 52 nəfəri Kursk vilayətində silahı yerə qoyub.

Əvvəllər əsir götürülmüş Ukrayna əsgərlərindən biri, Aleksandr Rapolyuk, USQ-də psixoloji problemlərin geniş yayıldığını açıqlamışdı. Onun sözlərinə görə, Rovno poliqonunda hazırlıq zamanı silah götürməyə qadağa qoyulmuş şəxslər belə təlimə cəlb edilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31