ABŞ 200-ə qədər Çin firmasına qarşı ixrac məhdudiyyətləri tətbiq edəcək - ÖZƏL

ABŞ administrasiyası gələn həftə Çin firmalarına qarşı bir sıra yeni ixrac məhdudiyyətləri qoymağı planlaşdırı.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Ticarət Palatası bildirib.
Agentlik bildirib ki, Ticarət Departamenti yeni qaydaları "Şükran Günü tətilindən əvvəl" gələn cümə axşamı dərc etməyi planlaşdırır.

Yeni qaydalar 200-ə qədər Çin çip şirkətini ticarət məhdudiyyətləri siyahısına əlavə edə bilər ki, bu da əksər ABŞ tədarükçülərinə malların hədəf firmalara göndərilməsini qadağan edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31