Tramp onu Ukrayna üzrə xüsusi nümayəndə təyin edəcəkmi? – ÖZƏL
23 Noyabr 2024 10:09 DünyaABŞ-nin seçilmiş prezidenti Donald Tramp, keçmiş ABŞ Milli Kəşfiyyat İdarəsinin müvəqqəti direktoru Riçard Qrenellin Ukrayna üzrə xüsusi nümayəndə təyin olunması barədə qərar qəbul edə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters beynəlxalq agentliyi məlumat yayıb.
Xəbərə görə, Qrenell təyin edildiyi təqdirdə Trampa Rusiya-Ukrayna münaqişəsini həll etmək cəhdlərində kömək etməlidir.
Tramp administrasiyasının formalaşdırılması davam edir. Seçilmiş prezident artıq ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik üçün Floridanın keçmiş prokuroru Pam Bondini, Ticarət Nazirliyi rəhbərliyinə isə bankir Hovard Latnikin namizədliyini irəli sürüb.
Lakin Reuters ehtimal edir ki, Tramp Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsinə başqa şəxsi təyin edə bilər və ya ümumiyyətlə bu vəzifəni ləğv etmək qərarına gələ bilər.