Zaxarova: Rusiya ABŞ prezident seçkilərinin nəticəsinə laqeyddir- ÖZƏL

Rusiya Federasiyası ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə biganədir, çünki artıq ABŞ-da ölkələrimizə qarşı iki partiyalı konsensus formalaşıb. Lakin Amerika siyasətində dəyişiklik baş verərsə, Moskva Vaşinqtonun təkliflərini öz maraqlarını nəzərə alaraq qiymətləndirməyə hazır olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib.

"İstənilən halda Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edəcək, xüsusən də milli təhlükəsizlik məsələləri ilə bağlı," - deyə o, vurğulayıb.

Zaxarova bildirib ki, ABŞ prezidenti - kim olursa olsun - öz ölkəsinin problemlərinin həlli üzərində fokuslanmalı və ABŞ sahillərindən on minlərlə mil uzaqda macəra axtarmamalıdır. Diplomat, həmçinin, amerikalılara demokratiya böhranını və cəmiyyətdəki parçalanmanı aradan qaldırmağı arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31