Tramp-Harris “dueli”: mərcə 3,2 milyard qoyuldu
13:59 DünyaAmerika bukmeker kontorları Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçkilərdə qalib gəlmək şanslarını yüksəldib.
Olaylar xəbər verir ki, bu barədə "Polymarket" onlayn platformasından məlumat verilib.
Məlumata görə, Trampın qalib gəlmək şansı 60.3 faiz, Kamala Harrisin isə 41.3 faiz göstərilib.
Portal bildirib ki, hazırda prezident seçkilərinə pul qoyuluşları 3.2 milyard dolları ötüb.
Qeyd edək ki, ABŞ-da prezident seçkisi bu gün keçirilir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31