"HƏMAS Qəzzada qısamüddətli atəşkəs və 4 girovun azad edilməsi ilə razılaşmadı" - Blinken

"HƏMAS Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsi ilə razılaşmayıb".

Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

Məlumata görə, dünən ABŞ xarici işlər nazirliyinin rəhbəri Misirin xarici işlər naziri Bədr Abdelatti ilə söhbət edib, xüsusən də Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin, humanitar yardımın artırılmasının və stabil şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Blinken qeyd edib ki, HƏMAS atəşkəsi və Qəzza sakinlərinə yardımı təmin etmək üçün hətta məhdud sayda girovları azad etməkdən yenə də imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31