Kremlin sözçüsü təkzib edib - ÖZƏL
12:09 DünyaOlaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanı bağlamaların çatdırılması xidmətləri ilə Avropa Birliyinə partlayıcı maddələrin daşınmasında iştirak etməsi ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, Rusiyanın hansısa gizli əməliyyatın bir hissəsi kimi partlayıcı maddələr göndərdiyini iddia edən bir xəbər yayımladı.
Peskov deyib: "Biz heç vaxt heç bir rəsmi ittiham eşitməmişik. Bunlar mediadan gələn ənənəvi əsassız eyhamlardır".
Polşa hüquq-mühafizə orqanları oktyabr ayında bildirmişdilər ki, xüsusi agentlər bağlamaların çatdırılması xidmətləri ilə partlayıcı maddələrin daşınması ilə məşğul olan beynəlxalq təxribat qrupunun üzvü olmaqda şübhəli bilinərək dörd nəfəri saxlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31