"ABŞ-dəki prezident seçkiləri sülhü və ya III Dünya müharibəsini gətirəcək" - Vuçiç

"ABŞ-dəki prezident seçkiləri bütün bəşəriyyət üçün həlledici olacaq, sülh və ya üçüncü dünya müharibəsinə doğru keçid gətirəcək".

Olaylar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Happy" telekanalına müsahibəsində deyib.

"Bu seçki həqiqətən də ən mühüm seçkidir. Ola bilsin ki, seçkinin nəticəsi sülhə və ya müharibəyə səbəb olsun. Bu dəqiq olmasa da, baş verə bilər", - Vuçiç bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratları ABŞ-nin vitse-prezidenti Kamala Harris təmsil edir. Respublikaçılardan isə Donald Tramp namizədliyini irəli sürüb. Seçkinin nəticələrinin isə bir həftə ərzində elan olunması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31