Qarabağa qayıtmaq istədilər, obyekt tapmadılar
28 Avqust 2024 15:04 DünyaDaşnaksütyun Partiyası növbəti anti-Azərbaycan xarakterli tədbirə hazırlaşır.
Olaylar bildirir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Partiyanın keçmiş qondarma rejimin "müstəqillik günü"nü keçirməyi planlaşdırdığı bildirilir. Lakin daşnaklar tədbir üçün məkan tapa bilmirlər.
Mərasimin keçirilməsi üçün bir neçə məkanla razılıq olsa da, sonradan rezervasiya obyekt sahibləri tərəfindən ləğv edilib.
Qeyd edək ki, Ermənistan rəhbərliyi son bir ildə keçmiş separatçı rejimin nümayəndələrinin ölkədə aktiv tədbirlər keçirməsinə əngəl yaradır. Baş nazir Nikol Paşinyan administrasiyası separatçılardan İrəvandakı "rəsmi qurumların" ləğvini də tələb edir. (globalinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31