SpaceX: Falcon 9 mərhələsi dəniz platformasına enərkən çevrildi- ÖZƏL

İlon Maskın SpaceX raketinin birinci mərhələsinin enişi zamanı fövqəladə hadisə baş verib - Falcon 9 pilləsi A Shortfall of Gravitas dəniz platformasına enərkən aşıb. 

Olaylar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti hadisənin təfərrüatlarını açıqlamadan bildirib.

"Uğurlu yüksəlişdən sonra Falcon 9 reaktiv daşıyıcısının birinci mərhələsi "A Shortfall of Gravitas" pilotsuz gəmisinə endikdən sonra çevrilib", - şirkətin mətbuat xidməti bildirib.

Yalnız qeyd olunur ki, dəniz platforması komandası hazırda dəymiş ziyanı və hadisənin nəticələrini qiymətləndirir, həmçinin gəmidəki fövqəladə vəziyyətdən asılı olmayaraq Falcon 9-un uçuşu ilə bağlı məlumatları izləyir. Şirkət bildirib ki, bu, ümumilikdə uğurlu olan 23-cü buraxılışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31