Avropaya qazı Türkiyədən verəcəyik – Kreml
28 Avqust 2024 14:36 DünyaRusiyanın Avropaya qaz nəqli üçün alternativ yolları var.
Olaylar xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Türkiyədə qaz qovşağının yaradılması planı aktualdır və bununla bağlı iş gedir. Təbii ki, Ukrayna tərəfinin bu cür qərarları ilk növbədə ABŞ-dan gələn digər mallarla müqayisədə hələ də daha zəmanətli və sərfəli rus qazını almaq istəyən avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq. Onlar daha çox pul ödəməli olacaqlar və bununla da sənayelərini daha az rəqabətədavamlı edəcəklər", - Peskov bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi üçün Rusiya ilə razılaşmanın olmayacağını demişdi. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31