Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü
28 Avqust 2024 12:56 DünyaErmənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan "Nubaraşen" həbsxanasında ölüb.
Olaylar xəbər verir ki, onun vəziyyəti anidən kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.
A.Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi.
Qeyd edək ki, sözügedən terror aktı zamanı parlament sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi öldürülmüşdü. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31