Qrossinin AES-ə hücumların qəbuledilməzliyi ilə bağlı sözləri Ukrayna üçün siqnaldır - ÖZƏL
28 Avqust 2024 12:32 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov MAQATE-nin baş direktoru Rafael Qrossun atom elektrik stansiyalarına hücumların qəbuledilməzliyi ilə bağlı sözlərini "Ukrayna üçün siqnal" adlandırıb.
"MAQATE-nin baş direktoru Rafael Qrossi Kursk AES-ə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib ki, atom elektrik stansiyalarına hücum etmək olmaz. Bu, ilk növbədə, Ukrayna üçün nəzərdə tutulan aydın siqnaldır", - diplomat bildirib.
Avqustun 27-də Qrossi Kursk AES-i yoxlamaq üçün Kurçatov şəhərinə gəldi. Səfər zamanı Qross dron zərbələrinin izlərini və dron parçaları görüb. Daha sonra o, vəziyyəti ciddi adlandırıb və nüvə fəlakətinə yol verməməyə çağırıb. Qrossinin sözlərinə görə, istənilən atom elektrik stansiyalarına hücumlar qəbuledilməzdir.