Ukraynanın dövlət borcu bir ayda 3 milyard dollar artıb- ÖZƏL

2024-cü ilin iyul ayında Ukraynanın dövlət və hökumət tərəfindən təminatlı borcu 3,2 milyard dollar artıb. 

Olaylar.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumdur ki, borcun ümumi məbləği 155,36 milyard dollardır. O, əsasən tərəfdaş ölkələrdən uzunmüddətli güzəştli maliyyələşdirmənin artması səbəbindən artmaqda davam edir. Bununla belə, borcun böyük hissəsi beynəlxalq maliyyə institutlarından və hökumətlərdən alınmış kreditlərdir.

Ukraynaya borc verən G7 ölkələri 2027-ci ilin mart ayının sonuna qədər möhlətlə razılaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31