Kazan aeroportunun fəaliyyəti müvəqqəti dayandırıldı

Tatarıstanın paytaxtı Kazanın hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Olaylar xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb. 

Bildirilir ki, bu barədə qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib. 

Qeyd olunub ki, bu cür məhdudiyyətlər pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduqda tətbiq edilir. 

"RİA Novosti" isə Kazan istiqamətində uçan təyyarələrin Samarada ehtiyat aerodroma yönləndirildiyini yazıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31