Yer kürəsində yenidən maqnit qasırğası başlayıb- ÖZƏL
28 Avqust 2024 10:19 DünyaÇərşənbə axşamı, avqustun 28-nə keçən gecə Yer kürəsində orta intensivlikli maqnit qasırğası başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
Mütəxəssis Telegram kanalında: "Əslində, səhər saat üçdən sonra Yer kürəsində G2 sinifli orta maqnit qasırğası başladı - bu, maqnit qasırğalarının beş mümkün intensivliyindən ikincisidir",-deyə məlumat verib.
Leus qeyd edib ki, belə bir maqnit qasırğası böyük ehtimalla qısamüddətli olacaq və intensivliyi artmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31