Türkiyənin 11 əyalətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.
Olaylar bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, əməliyyat güc strukturlarına daxil olan opeativ informasiya əsasında icra edilib.
Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. (APA)