Robert Kennedi və Tulsi Qabard Trampın komandasına qoşulublar
28 Avqust 2024 09:32 DünyaDemokratlar Partiyasının keçmiş üzvləri Robert Kennedi və Tulsi Qabard, prezidentliyə namizəd Donald Trampın keçid komandasına qoşulublar.
Olaylar-ın məlumatına görə, Trampın kampaniyası bu barədə açıqlama yayıb. Ötən həftəyə qədər prezident seçkilərində Trampın rəqibi olan Robert Kennedi və 2020-ci ildə seçki mübarizəsində iştirak edib, sonradan geri çəkilərək Cozef Baydeni dəstəkləyən keçmiş konqresmen Tulsi Qabard, cari seçkilərdə Trampı dəstəklədiklərini açıqlayıblar.
Hər iki yeni üzvün Tramp-Vans keçid komandasında hansı vəzifələri icra edəcəkləri hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31