Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq

NATO-nun baş katibi Yens Stoltenberq avqustun 28-də Kiyevin tələb etdiyi Ukrayna-NATO Şurasının iclasını çağıracaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Görüş səfirlər səviyyəsində keçiriləcək. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlər üçün prioritet hərbi ehtiyaclar barədə brifinq keçirəcəyi gözlənilir", - agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31