Peskov "Telegram"da yazışmaların təmizlənməsi ideyasına münasibət bildirdi
27 Avqust 2024 16:18 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Telegram"ın yaradıcısı Pavel Durovun həbsi fonunda mesencerdə yazışmaların təmizlənməsi ideyasını "axmaqlıq" adlandırıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Yazışmaların təmizlənməsi axmaqlıqdır", - deyə o, müvafiq suala cavab olaraq bildirib.
Peskov vurğulayıb ki, Prezident Administrasiyası heç bir mesencerdən rəsmi məqsədlər üçün istifadə etmir.
"Biz heç bir mesencerdən rəsmi məqsədlər üçün istifadə etmirik, çünki bu, sadəcə olaraq, rəsmi qaydaların və rəsmi etikanın pozulması olardı", - deyə Peskov əlavə edib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.