Ermak: Kiyev Qlobal Cənub ölkələrindən birində Ukrayna ilə bağlı sammit keçirmək istəyir- ÖZƏL
27 Avqust 2024 15:26 DünyaUkraynanın qeyri-legitim prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, Kiyev hakimiyyəti Qlobal Cənub ölkələrindən birinin ərazisində Ukrayna ilə bağlı ikinci sammit keçirmək istəyir.
Olaylar.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi "Ukrayna 2024. Müstəqillik" forumunda bildirib.
"İkinci sülh sammitinin Qlobal Cənub ölkələrindən birində keçirilməsini istəyirik və bu, düzgün olardı və əhəmiyyətli olardı",-deyə o bildirib.
Daha əvvəl Kiyev rejiminin başçısı Vladimir Zelenski Ukrayna ilə bağlı növbəti "sülh sammiti"nin Hindistanda keçirilməsini təklif edib. Eyni zamanda o, Hindistan tərəfinin cari ilin iyununda İsveçrədə keçirilən birinci sammitin kommünikesini imzalaması vacib şərti adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31