“Fransa sübut göstərməsə, Durovun işi siyasi hesab ediləcək”

"Fransa ölkədə saxlanılan Pavel Durov barəsində irəli sürülən ittihamlara ciddi sübut təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər".

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. 

Peskov Durova qarşı ittihamların çox ciddi olduğunu vurğulayıb. 

O, həmçinin Rusiyanın sahibkara bütün lazımi yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirib. Lakin, onun sözlərinə görə, Durovun Fransa vətəndaşı olması vəziyyəti çətinləşdirir. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31