Türkiyədə ən çox bu mesajlaşma proqramından istifadə edilir - ARAŞDIRMA
27 Avqust 2024 14:16 DünyaTürkiyə əhalisi sosial media və mesajlaşma proqramları arasında ən çox "WhatsApp"dan istifadə edir.
Olaylar.az xəbər verir ki, bununla bağlı araşdırmanı Türkiyə Statistika Təşkilatı (TST) aparıb.
TST müəyyən edib ki, əhalinin 86,2 faizi "WhatsApp" istifadəçisidir. Əhalinin 71,3 faizi "YouTube"dan, 65,4 faizi "Instagram"dan istifadə edir.
"WhatsApp"dan istifadə səviyyəsi kişilər arasında daha yüksəkdir. Kişilərin 89,5 faizi "WhatsApp", 74,7 faizi "YouTube" və 67 faizi "Instagram", qadınların isə 82,9 faizi "WhatsApp", 68 faizi "YouTube", 63,9 faizi "Instagram" istifadəçisidir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31