Peskov: Mərkəzi Bank və Rusiya hökuməti Rusiyada inflyasiyanı azaltmağa çalışır- ÖZƏL
27 Avqust 2024 13:55 DünyaRusiya hakimiyyəti və Mərkəzi Bankı ölkədə inflyasiyanın azaldılması istiqamətində fəal iş aparır.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin qeyd edib ki, hazırda vəziyyət ağırdır. İnflyasiya hədəf səviyyələrdən yuxarıdır. Lakin hakimiyyət artıq vəziyyəti düzəltməyə çalışır.
"Mərkəzi Bankımız və hökumətimiz inflyasiya gərginliyini və inflyasiya təzyiqini azaltmaq üçün tədbirlər görür", - Peskov bildirib.
Bununla belə, o, konkret olaraq hansı tədbirlərin görüldüyünü və inflyasiya yükünün necə azaldılmasının nəzərdə tutulduğunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31