Çin Ukraynadakı münaqişənin həlli planını dəstəkləməyə çağırıb- ÖZƏL
27 Avqust 2024 12:52 DünyaÇin digər ölkələri Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təklif etdiyi planı dəstəkləməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Associated Press xəbər agentliyi məlumat yayıb.
Aydınlaşdırılır ki, Çin bundan əvvəl Qlobal Cənubun nümayəndələri olan Cənubi Afrika, İndoneziya və Braziliya nümayəndələri ilə münaqişənin həlli üçün Çin tərəfinin təklif etdiyi planı müzakirə edərək diplomatik danışıqlar aparıb.
Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui danışıqlardan sonra deyib ki, onlar həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır və böhranın dialoq və danışıqlar yolu ilə siyasi həllinə sadiq qalırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31