İranda güclü partlayış: ölənlər var

İranın İraqla sərhəddə yerləşən Qəsri-Şirin şəhərində güclü partlayış baş verib.

Olaylar xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 14 yanacaq tankeri yanıb, ölənlər var.

Ölənlərin sayı barədə məlumat verilməyib.

Hadisənin yanacaq tankerlərinin yanında qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31