Kulebanın kütləvi hücumdan sonra Qərbdən iki tələbi
27 Avqust 2024 10:00 DünyaUkraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya silahlı qüvvələrinin kütləvi hücumundan sonra Qərbdən iki konkret qərar tələb edib.
Olaylar bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Birincisi, Ukraynanın Rusiya ərazisindəki bütün qanuni hərbi hədəflərə uzaq məsafədən zərbələr endirmək hüququnu təsdiqləmək.
İkincisi, onların hava məkanına yaxınlaşan raketləri və pilotsuz təyyarələri vurmaq üçün tərəfdaşların hava hücumundan müdafiə imkanlarından istifadə edilməsinə dair razılaşma", - məlumatda bildirilib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31