Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxıldı
27 Avqust 2024 09:44 DünyaFransada saxlanılan "Telegram" messencerinin həmtəsisçisi Pavel Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.
Olaylar xəbər verir ki, bu barədə "Le Figaro" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb.
Paris prokurorluğunun məlumatına görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb. Pavel Durov 12 cinayətdə ittiham olunur. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31