Özbəkistan Talibanla fantastik məbləğdə müqavilə bağladı

Özbəkistan və Əfqanıstan arasında 1,15 milyard dollarlıq 5 müqavilə bağlanıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Taliban hökuməti məlumat yayıb.

"Sənədlər faydalı qazıntı yataqlarının kəşfiyyatı, Əfqanıstan-Tacikistan neft-qaz hövzəsinin tədqiqi, həmçinin qaz elektrik stansiyasında 120 MVt elektrik enerjisinin istehsalına aiddir", - məlumatda deyilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31