KİV: Pavel Durov istintaqla əməkdaşlıqdan imtina etməkdə ittiham olunur
26 Avqust 2024 19:29 DünyaFransa polisinin saxladığı "Telegram" sosial platformasının qurucusu Pavel Durov kibercinayətkarlıq və maliyyə hüquqpozmaları sahəsində aparılan araşdırmalar zamanı hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa polisindən bildirilib. O, hazırda polis nəzarəti altındadır və barəsində araşdırma davam etdirilir.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisin "Le Burje" havalimanında tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31