Sudanda bəndin uçması nəticəsində azı 60 nəfər ölüb, onlarla insan itkin düşüb- ÖZƏL

Sudanın şərqində su bəndinin çökməsi nəticəsində yaxınlıqdakı evləri su basıb. Nəticədə onlarla insan itkin düşüb. 

Olaylar.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə nazirliyi bildirib.

"Arbaat bəndi dağılıb. Qapalı vəziyyətdə qalan insanlara kömək etmək üçün əraziyə resurs cəlb edilib", - məlumatda deyilir.

Yerli məmur ən azı 60 nəfərin öldüyünü bildirib. Sudan Hərbi Hava Qüvvələrinin məlumatına görə, 100-dən çox insan itkin düşüb. Kəndlilər yüksələn sulardan xilas olmaq üçün təpələrin zirvələrinə çıxıblar. Ərazidə mobil şəbəkənin kəsilməsi baş verir.ə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31