Londonda yanğın: 40 yanğınsöndürən maşın cəlb olundu
26 Avqust 2024 16:44 DünyaLondonun şərqində, Daqenham bölgəsində, həm yaşayış, həm də kommersiya məqsədləri üçün istifadə olunan binada gecə saatlarında baş verən yanğın nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, 100-dən çox sakin təxliyə edilib.
Olaylar xəbər verir ki, yanğının söndürülməsi üçün 225 yanğınsöndürən və 40 yanğınsöndürən maşın səfərbər olunub. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd olunur ki, 2023-cü ilə aid planlaşdırma müraciətində binanın tələblərə uyğun olmayan üzlüklərlə örtüldüyü qeyd edilib. Yanğın zamanı həmin üzlüklərin sökülməsi işləri aparılırdı. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31