Peskov: "Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib"
26 Avqust 2024 15:11 Dünya"Hazırda Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bilirsiniz ki, hazırda danışıqlar mövzusu öz aktuallığını itirib, müxtəlif təmaslar haqqında çoxlu xəbərlər mediada dərc olunur və onların heç də hamısı həqiqətə uyğun deyil", - Kremlin sözçüsü Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücum etməzdən əvvəl Rusiya ilə Ukrayna arasında danışıqların olub-olmaması ilə bağlı suala cavabında deyib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31