Fransa Xarici İşlər Nazirliyi Pavel Durovun saxlanılması ilə bağlı şərh verməkdən imtina edib- ÖZƏL

Fransa Xarici İşlər Nazirliyi Telegram-ın yaradıcısı Pavel Durovun həbsini şərh etməkdən imtina edib. O,"məhkəmə sisteminin müstəqilliyinə" hörmətlə yanaşdığını ifadə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

"Fransada məhkəmə sisteminin müstəqilliyi prinsiplərinə uyğun olaraq, Fransa hökuməti cənab Durovla bağlı vəziyyəti şərh edə bilməz", - RİA Novosti Fransa Xarici İşlər Nazirliyinə istinadən yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31