“Kursk böyük əməliyyatın bir hissəsidir” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kurskla bağlı yeni açıqlama verib.

Olaylar.az bildirir ki, o, bu barədə Hindistan mətbuatına müsahibəsində danışıb.

"Kursk əməliyyatı böyük hərbi-siyasi, hərbi-diplomatik əməliyyatın bir hissəsidir", - Ukrayna lideri bildirib. 

Bundan əlavə, prezident qeyd edib ki, Ukrayna rəhbərliyinin bütün addımları Rusiyanı ədalətli dünyaya hazır olmağa məcbur etmək məqsədi daşıyır.

Qeyd edək ki, Kiyev avqustun 6-da səhər saatlarında Kursk vilayətinə hücum edib.  Döyüşlər hələ də davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31