Türkiyə Prezidenti dünya müsəlmanlarını birgə mübarizəyə ÇAĞIRDI
26 Avqust 2024 14:31 DünyaMalazgirt zəfəri bütün müsəlmanların qələbəsidir.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 953-cü ildönümü ilə bağlı çıxışında deyib.
O bildirib ki, Malazgirt müharibəsində türklərlə yanaşı, digər müsəlmanlar da iştirak ediblər: "Biz bütün müsəlmanlar olaraq, indi də təhdidlərə qarşı birgə mübarizə aparacağıq. Bizim aramızı vurmaq istəyənlərə imkan verməyəcəyik".
Ərdoğan söyləyib ki, tarixi əzbərləmək yox, ondan dərs çıxarmaq lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31