Mask Trampı demokratiyanın və Amerikanın xilaskarı adlandırdı
26 Avqust 2024 14:09 DünyaRespublikaçıların prezidentliyə namizədi Donald Tramp demokratiyanı və ABŞ-ni xilas edə bilər.
Olaylar xəbər verir ki, bu fikri amerikalı sahibkar və SpaceX-in qurucusu İlon Mask "X" sosial şəbəkəsində yazıb."Tramp demokratiyanı və Amerikanı xilas edəcək. Sözlərimi yadda saxlayın. Kamala Harris fəlakət olar", - sahibkar yazıb.
Bundan əvvəl İlon Mask "X" sosial şəbəkəsində ABŞ-də qarşıdan gələn prezident seçkilərini simulyasiya edən sorğu təşkil etmişdi. İstifadəçilərdən dövlət başçısını iki namizəd - Donald Tramp və Kamala Harris arasından seçmək istənilib. Sorğu bir gün davam edib.
Avqustun 20-də Tramp bəyan edib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Maska böyük vəzifə təklif edəcək. ABŞ prezidentliyinə namizədin sözlərinə görə, o, sahibkara müşavir vəzifəsi və ya nazir portfeli təklif etmək niyyətindədir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31