Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirdi
26 Avqust 2024 11:08 DünyaRusiya ordusu Ukraynada müdafiə sənayesi obyektlərinə genişmiqyaslı zərbə endirib.
Olaylar bildirir ki, nəticədə Ukraynanın hər yerində partlayışlar baş verib.
Odessada enerji obyekti vurulub, Lvov vilayətinin Stryi şəhərində zərbədən sonra ciddi bir partlayış baş verib, elektrik enerjisi kəsilib.
İvano-Frankovskda hərbi texnikalarım olduğu anqara zərbə endirilib, partlayış Ukrayna Silahlı Qüvvələrinin iki F-16 gizlətdiyi ərazidə baş verib.
Volında isə zərbə Ukrayna hərbçilərinin dislokasiya olduğu yerə endirilib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31