Pakistanda silahlı hücum - azı 22 nəfər öldü
26 Avqust 2024 10:49 Dünya Pakistanın cənub-qərbində silahlı şəxslər ən azı 22 nəfəri maşınlardan endirərək etnik mənsubiyyətlərini yoxladıqdan sonra öldürüb.Olaylar bildirir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Pəncabı Bəlucistanla birləşdirən magistral yolda silahlı şəxslərin bir neçə avtobus, yük maşını və mikroavtobusu saxlaması nəticəsində azı 22 nəfər ölüb, 5 nəfər yaralanıb.
Öldürülənlər arasında 19 pəncablı və 3 bəluc var. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31