Kim Çen In PUA-ların istehsalını artırmağı ƏMR ETDİ
26 Avqust 2024 10:46 DünyaKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarında iştirak edib.
Olaylar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"Kim Çen In müdafiə pilotsuz uçuş aparatları ilə tanış olub. Müxtəlif zərbə zonalarında istifadə edilən pilotsuz uçuş aparatları quruda və dənizdə düşmən hədəflərinə hücum etmək üçün nəzərdə tutulub", - məlumatda qeyd edilib.
Agentlik bildirib ki, PUA-ların sınaqları uğurlu olub.
Şimali Koreya lideri kəşfiyyat və çoxməqsədli zərbə PUA-larının istehsalının genişləndirilməsinin vacibliyinə də işarə edib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31