Qəzzada atəşkəsə dair danışıqların Qahirə raundu nəticəsiz başa çatdı

Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqların Qahirədə keçirilən növbəti raundu nəticəsiz başa çatıb, lakin proses davam edəcək.

Olaylar bu barədə xarici KƏİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Qahirədəki danışıqlar "konstruktiv olub, yekun və işlək razılaşma əldə edilməsi ruhunda keçirilib və bütün tərəflər bu fikri bölüşüblər".

Qeyd edilir ki, qalan məsələlərin və detalların nəzərdən keçirilməsi üçün proses işçi qruplar çərçivəsində yaxın günlərdə davam etdiriləcək. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31