AT: “Kiyev etiraf edir ki, Rusiyanı məğlub edə bilməz”- ÖZƏL
26 Avqust 2024 10:43 DünyaUkraynanın Kursk AES-ə hücumu Rusiya və Avropada çaxnaşma yaratmaq və NATO-nu daha açıq şəkildə mübarizəyə cəlb etmək məqsədi daşıyır.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Asia Times çıxış edib.
Nəşrin yazdığına görə, Ukrayna bilir ki, son nəticədə daha böyük və daha yaxşı təchiz edilmiş Rusiya ordusuna qarşı mübarizədə uğur qazana bilməyəcək. Kiyev çaxnaşma salmaq üçün Moskvaya doğru bir dəstə pilotsuz təyyarə göndərməyə çalışıb.
Bundan əlavə, Kiyev NATO-nu köməyə çağırmağa çalışır. Nüvə fəlakəti Avropanı Ukraynaya hərbi müdaxilə tələb etməyə sövq edə bilər və ABŞ-ni müharibəyə hava-desant qüvvələri göndərməyə inandırmağa kömək edə bilər.
Ukrayna təcili olaraq NATO ölkələrindən ağır tikinti, mühəndislik və tibbi avadanlıq tələb edib. Kiyev 17 tirli və 10 təkərli ağır ekskavator, çəkisi 100 tona qədər olan yüklərin daşınması üçün trollu 30 traktor, 25 zirehli təcili yardım maşını, eləcə də 27 yanğınsöndürmə maşınının təhvil verilməsini xahiş edir.