Botsvana prezidentinə yumruq boyda almaz göstərildi
24 Avqust 2024 18:00 DünyaSon 100 ilin ən böyük almazı Botsvanada tapılıb, çəkisi 2 492 karatdır. Yumruq boyda cəvahir ölkə Prezidenti Mokvetsi Masisiyə göstərilib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Bu, adamın ağlını qarışdırır. Mən bunu öz zamanımda gördüyümə görə çox şanslıyam", - deyə Masisi bildirib.
O, almazla yaxından tanış olmaq üçün yüksəkvəzifəli dövlət məmurlarını çağırmazdan əvvəl dərindən köks ötürərək heyrətlənib. Onlar qeyd ediblər ki, daşı qiymətləndirmək və ya onu necə satmaq barədə qərar vermək hələ tezdir. Bu, 119 ildə tapılan ən böyük almazdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31