Britaniya Ukraynanın yanında olmağa davam edəcəyini AÇIQLADI
24 Avqust 2024 13:56 DünyaBöyük Britaniya ədalətli və dayanıqlı sülh təmin olunana qədər Ukraynanın yanında olmağa davam edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Nazirlik ofisinin rəsmi "X" hesabında yazılıb.
"Bu gün Ukraynanın müstəqilliyini elan etməsindən 33 il ötür. Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmayıb və sarsılmayacaq. Biz sizinləyik, ədalətli və dayanıqlı sülhə qədər sizinlə birlikdə olmağa davam edəcəyik", - məlumatda qeyd olunub. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31