Çin Xarici İşlər Nazirliyi ABŞ-ın təhlükəsizlik üzrə müşavirinin səfərini təsdiqləyib - ÖZƏL
24 Avqust 2024 11:25 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın avqustun 27-29-da Çinə səfər edəcəyini və xarici işlər naziri Vanq Yi ilə görüş keçirəcəyini təsdiqləyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, "ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan avqustun 27-29-da Çin-ABŞ strateji kommunikasiyalarının növbəti mərhələsi üçün Çinə səfər edəcək" dedi.
Bundan əvvəl Vaşinqton Sallivanın Çinə ilk səfərini açıqlamışdı. Ağ Evdən bildiriblər ki, Vanqdan başqa onun digər yüksək vəzifəli şəxslərlə də görüşü gözlənilir. Vaşinqtonun məlumatına görə, tərəflər Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını xüsusilə müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31