Çinli diplomat ABŞ-ı Tayvanla rəsmi əlaqəni dərhal dayandırmağa çağırıb - ÖZƏL
24 Avqust 2024 11:25 DünyaOlaylar.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu TASS-a bildirib ki, ABŞ Tayvanla istənilən formada rəsmi əlaqəni dərhal dayandırmalıdır.
O, "Çin Birləşmiş Ştatlar və Tayvan arasında rəsmi qarşılıqlı əlaqənin istənilən formasına qəti şəkildə qarşıdır" dedi.
Diplomat ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin materik Çin və Tayvan arasında "mənalı dialoqun" zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib: "Tayvan məsələsi Çinin əsas maraqlarının özəyidir və Çin-ABŞ münasibətlərində ilk qırmızı xəttdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31