İranın XİN rəhbəri Tehranın Haniyyənin qətlinə cavab vermək hüququnda olduğunu deyib
24 Avqust 2024 10:19 Dünyaİran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab vermək hüququndan əl çəkməyəcək.
Olaylar-ın məlumatına görə, bu barədə İranın yeni xarici işlər naziri Abbas Araqçi Fransa və Böyük Britaniyadan olan həmkarları ilə telefon danışığında deyib.
Məlumata əsasən, A.Araqçi fransalı həmkarı Stefan Sejurne ilə danışıq zamanı İ.Haniyənin qətlinin İranın suverenliyini təhlükə altına atdığını deyib.
O, həmçinin əlavə edib ki, İran Fransa ilə konstruktiv əlaqələri genişləndirməyə hazırdır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə söhbətində A.Araqçi deyib ki, İran Yaxın Şərqdə böyük silahlı münaqişəyə başlamaq istəmir, lakin ölkəsinin istənilən təcavüz aktına cavab vermək hüququnu bir daha qeyd edib.
В.Lemmi öz növbəsində İranı Yaxın Şərq regionunda gərginliyin azaldılmasında öz rolunu oynamağa çağırıb.